Bu gün Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib.
Qaradağ İcra Hakimiyyətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 200-ə yaxın qəsəbə sakinləri iştirak edib.
Qəbula gələn qəsəbə sakinlərindən 19 nəfəri fərdi qaydada dinlənilib. Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışıblar. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Elnur Qurbanov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verib. Qəsəbə ərazisində yerləşən 7 çoxmərtəbəli yaşayış binalarının ümumilikdə 5902 m2 dam örtüyünün metal vərəqələrlə yenidən qurulduğunu, 2 çoxmərtəbəli yaşayış binalarının kanalizasiya xətlərində təmir və yenidənqurma işlərinin aparıldığını, qəsəbənin Şonqar yaşayış massivində Azərbaycan Respublikası Prezidentinin 04 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən 400 diametrli 1050 metr və 200 diametrli 540 metr uzunluğunda yeni kanalizasiya xəttinin çəkilişinin başa çatdığını, qəsəbənin mədəniyyət və istirahət parkında aparılan əsaslı təmir və yenidənqurma işlərinin tamamlanmaq üzrə olduğunu sakinlərin diqqətinə çatdırdı.
Daha sonra sakinlərə Respublika Prezidentinin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yaxın vaxtlarda görüləcək işlər barəsində danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB