Nazirlik yeni layihənin icrasına başlayıb

Nazirlik yeni layihənin icrasına başlayıb

"Gənclik Təşəbbüsləri" İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə əmək bazarında mövcud olan qanuna zidd əmək münasibətləri haqqında gəncləri məlumatlandılrmaq və onların əmək münasibətlərinin norma və qaydaları haqqında biliklərini artırmaq məqsədi ilə "Gənclərin məşğulluq və əmək münasibətləri sahəsində biliklərinin artırılması" adlı layihənin icarsına başlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, layihə çərçivəsində "Əmək münasibətləri, əməyin mühafizəsinin norma və qaydaları"na həsr edilmiş aşağıdakı təlim modulları hazırlanacaq.

- Əmək müqaviləsinin əsasları:

Burada işçinin və işəgötürənin əsas vəzifə və hüquqları göstəriləcək. Bu təlimin əsas hədəfi iştirakçılara "İdeal əmək müqaviləsi"nin incəliklərinin çatdırılması olacaqdır. Bununla yanaşı əmək müqaviləsinin bağlanması qaydası, şifahi və yazılı əmək müqavilələri arasında münasibət; müddətli və müddətsiz əmək müqavilələri, əmək müqaviləsi bağlanarkən işcinin tədqim etməli olduğu sənədlər; əmək müqaviləsinin qüvvəyə minməsi, sınaq müddəti və digər mühüm məlumatlar da diqqətə çatdırılacaq. Sonda hər bir iştirakçı yazılı şəkildə "İdeal əmək müqaviləsi" ilə təlimdən ayrılacaq.

- Məşğulluğun əsasları:

ilk dəfə iş axtaranlar; Münasib iş; Müvəqqəti məşğulluq; Əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli əhali; İşsiz vətəndaş; Vakansiya; Özünüməşğulluq; Əmək bazarı; Kvota;İşsiz statusu verilməsi qaydaları; Məşğulluğun tənzimlənməsi; Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdlərin məbləği və s kimi mövzular bu təlimdə diqqətə çatdırılacaq.

- Əməyin mühafizəsi normaları

Əməyin mühafizəsinin əsas prinsipləri, əməyin mühafizəsi üzrə qəbul edilmiş normativ-hüququ aktlar, əməyin mühafizəsi sahəsində işəgörürənin, mülkiyyətçinin məsuliyyəti, İstehsalatda baş verən bədbəxt hadisələrin uçota alınması, təhqiqi, zərərə görə aylıq ödənclərin verilməsi; layihələrdə əməyin mühavizəsi şərtləri, işcilərin təlimatlandırılması, əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi; əməyin mühafizəsi xidmətləri. İstehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sosial sığorta, işçilərin sosial sığortası və bu münasibətlərin tənzimlənməsi; icbari tibbi müayinələr, qadınların və yaşı 18-dən az olan işçilərin əməyinin mühafizəsi, soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunun tələblərinə görə əmək fəaliyyəti ilə məşğul olan işçilərin icbari sığortalanmasını təbliğ etmək.

Gənclərin "Əmək münasibətləri, əməyin mühafizəsinin norma və qaydaları" ilə bağlı tövsiyyələrdən ibarət cib kitabçası hazırlanacaq. Burada "Ən çox verilən suallar" (FAQ) formatından istifadə ediləcək. Eyni məlumatlar xüsusi hazırlanmış Gencler.az websəhifədə yerləşdiriləcək. Carı problemlərinin həlli ilə bağlı tövsiyyələr online müraciətlər əsasında email vasitəsilə veriləcəkdir. Seçilmiş cavablar websəhifədə yerləşdiriləcək.

Qeyd edək ki, layihə, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.7 yarımbəndinin (Müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması) icrası məqsədilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə