“Böyük İpək Yolu” “Şərq tərəfdaşlığı” Gənclər Forumunda iştirak edib
"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı Litvanın Kaunas şəhərində keçirilən "Şərq tərəfdaşlığı" Gənclər Forumunda iştirak edib. SİA-ya verilən məlumata görə, oktyabr ayının 22-25-də keçirilən Gənclər Forumunda Avropa İttifaqı və Şərq Tərəfdaşlığı Proqramında iştirak edən ölkələrdən 150-dən artıq nümayəndə iştirak edib. Tədbirdə əsasən, gənclər təşkilatlarının qeyri-formal təhsil sahəsində gördüyü işlər və gənclər təşkilatlarının fəaliyyətinin tanınması sahəsində olan problemlər müzakirə edilib.
Forumda həmçinin 2014-2020 -ci illər üçün Avropa Komissiyası tərəfindən hazırlanan Erasmus (Plus) proqramının da təqdimatı keçirilib. Yeni layihə iştirakçılar tərəfindən maraqla qarşılanıb və ətraflı müzakirə edilib. Bu proqram gələcəkdə "Gənclər Fəaliyyətdə" (Youth in Action) proqramının əvəz edəcək.
Forumda "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqını təşkilatın baş katibi Aydan Karimli və katib Nail Əbdülov təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB