Mərkəzi Avropa Siyasi Monitorinq Qrupunun Azərbaycan Respublikasında keçirilən 2013-cü il Prezident Seçkiləri ilə bağlı İlkin Hesabatı açıqlanıb. Hesabatı olduğu kimi təqdim edirik:
1. İlkin müddəalar
MASMQ-nın 9 oktyabr 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Seçkiləri Müşahidə Missiyası 10 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmi olaraq akkreditasiya olunmuşdur. Missiyaya Avropa Parlamentinin, Avropa Milli Parlamentlərinin üzvləri, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, Estoniya və Litvadan olan politoloqlar və jurnalistlər daxildir.
Qısamüddətli müşahidəçi kimi, ekspertlər seçki prosesini, səslərin sayılmasını və yekun nəticələri müşahidə edəcəklər. Ekspertlər Bakıda yerləşdiriləcəklər, eyni zamanda seçki günü ölkənin bəzi regionlarına səfər edəcəklər.
Missiyanın metodologiyası, təşkili və işi 2005-ci ildə BMT tərəfindən qəbul edilən Beynəlxalq Seçki Müşahidəsi Prinsipləri Bəyannaməsinin qaydalarına əsaslanır və ona uyğun olaraq həyata keçirilir.
Missiya MASMQ - nın Direktorlar Şurasının yekdil qərarı əsasında yaradılmışdır və 11 Sentyabr 2013 -cü ildə Azərbaycan Respublikası Seçki Məcəlləsini öyrənməyə və təhlil etməyə başlamışdır, eyni zamanda hazırkı seçki sistemi və Mərkəzi Seçki Komissiyasının seçkilərə hazırlıq işini və təşkilatını müşahidə etməyə başlamışdır.
Missiyanın fəaliyyəti iki hesabatda elan olunacaq: Seçki Məcəlləsinin təhlilinə əsaslanan ilk hesabat və seçkilərin monitorinqi və nəticələrinə əsaslanan yekun hesabat.
2. Seçki Məcəlləsi
Seçki Məcəlləsi Azərbaycan Respublikasının 27 May 2003-cü il 461-IIQ №li qanununda əks olunmuşdur, bütün səviyyələrdə demokratik seçkilərin keçirilməsi üçün zəruri olan əsas elementləri özündə ehtiva edir. Qəbul olunduğu vaxtdan Seçki Məcəlləsi Beynəlxalq İnsan Hüquqları Təşkilatlarının irad və tövsiyələrinə uyğun olaraq, eləcə də seçkilərin demokratik keçirilməsində ölkənin öz təcrübəsini əks etdirmək üçün mütəmadi olaraq yenilənmişdir. Sonuncu düzəliş və əlavələr 30 aprel 2013-cü ildə qəbul edilmişdir.
Missiya bütövlükdə Seçki Məcəlləsinin Azərbaycan vətəndaşlarının iradəsini əks etdirən seçki prosesinə imkan verdiyini hesab edir, eyni zamanda ekspertlər Mərkəzi Seçki Komissiyası, dairə və məntəqə komissiyalarının təşkili ilə əlaqədar bəzi maddələri qeyd edirlər. Ekspertlər düşünürlər ki, Məcəllənin bu maddələri daha təfərrüatlı olmalıdır ki, seçki komissiyalarının təşkili və işi zamanı daha böyük parlament fraksiyası üçün üstünlük ola biləcəyi barədə ekspertlər və sosioloqlarda şübhə yaratmasın.
Missiyanın ekspertləri qeyd edirlər ki, seçki prosedurlarının əksəriyyəti Məcəllədə təfərrüatları ilə əks olunmuşdur və Məcəllə problemləri təsnif etmək, müvafiq həll yolları təklif emək məqsədilə onun yaradıcılarının məramını əks etdirir. Lakin biz hesab edirik ki, qanunun mətninin bu qədər detallı təsviri qanunun aydın başa düşülməsini çətinləşdirir, bu isə Məcəllənin tələblərinin başa düşülməsində ikimənalılığa gətirib çıxarır (Məsələn, 44.11, 190.1, 199.3 and 199.4 maddələrinə bax).
Missiya qeyd edir ki, ümumilikdə müşahidəçilər üçün tələblər, mətbuatda təşviqat kampaniyasının aparılması və şərtləri, seçici siyahılarının müəyyən olunması proseduru daxil olmaqla, Məcəllənin əsas müddəaları təşkilata şəffaf seçki prosesinin təşkili imkanını verir və Seçki Məcəlləsinə uyğun olaraq, nəticələrin dəqiq müəyyən olunmasını təmin edir.
3. MSK-nın işi
Müxtəlif siyasi mənsubiyyət nümayəndələrindən ibarət olan MSK Seçki Məcəlləsi tərəfindən müəyyən edilmiş cədvəllər və zaman çərçivəsinə riayət etməklə öz işini müstəqil olaraq aparır. Misssiya Mərkəzi Seçki Komissiyası tərəfindən nümayiş olunan yüksək peşəkarlıq səviyyəsini qeyd edir və ümid edir ki, gələcəkdə MSK Məcəlləyə ciddi riayətini davam etdirəcək.
MSK tərəfindən Seçki Məcəlləsinin praktiki tətbiqinə dörd mərhələdən ibarət prosedurların yerinə yetirilməsi daxildir, yəni namizədlərin qeydiyyat müddəti, seçki kampaniyasının başlanması, səsvermə prosesi və səslərin sayılması. Missiya, ümumiyyətlə, MSK-nın ilk iki mərhələdəki işini müsbət qiymətləndirir və missiyanın imkanları daxilində seçki prosesinin həyata keçirilməsində seçki komissiyalarının işini müşahidə edir.
Qeyd olunmalıdır ki, MSK ənənəvi olaraq xarici müşahidə missiyaları ilə çox səmərəli çalışmış və əməkdaşlıq etmişdir. MSK tərəfindən rəsmi olaraq qeydə alındığımız andan qaldırılan məsələlərin hamısı MSK üzvlərinin köməyi və məsləhəti nəticəsində vaxtında həll olunmuşdur.
4. Seçki günü monitorinqin təşkili
Seçki günü Missiya aşağıdakıların qiymətləndirildiyi müvafiq monitorinq sorğusu əsasında səsvermə və səslərin sayılması prosesini yenidən müşahidə edəcək:
Məntəqə seçki komissiyalarının seçki prosesinə hazır olub-olmaması (məntəqə seçki komissiyalarında kifayət qədər seçki qutularının olmasının, səsvermə kabinələrinin lazımı qaydada hazır olub-olmadığının yoxlanılması və s.)
Səsvermə prosesinin təşkili ( məntəqənin vaxtında açılmasının, səsvermənin gizliliyinin təmin olunmasının, şəxs səs vermədən öncə müvafiq sənədin təsdiq olunduğunun, səsvermə məntəqəsində və onun ətrafında atmosferin nizamlı olmasının, məntəqədə və onun ətrafında siyasi kampaniyanın olmamasının yoxlanılması və s.)
Səslərin sayılması və protokolun tərtib olunması prosesinin Seçki Məcəlləsinə uyğunluğunun və imzalanmış seçki bülletenləri və protokolların saxlanması və məntəqə seçki komissiyasından dairə komissiyasına ötürülməsinin təmin olunması.
Səsvermə günü və səslərin sayılması prosesi zamanı müşahidəçi qrupu Missiya rəhbərliyini emal və təhlil olunacaq bütün məlumatla təmin edəcək. Əlavə olaraq, Missiya akreditasiya olunmuş digər beynəlxalq missiyalarla əlaqə saxlayacaq və əldə olunmuş məlumatları mübadilə edəcək.
Müşahidənin və səs sayımının nəticələrinə uyğun olaraq, Missiya Azərbaycanda seçki prosesinin azadlıq, ədalət və dözümlülük səviyyəsinin qiymətləndirilməsini təmin edəcək. Missiya prezident seçkilərinin demokratik təbiəti ilə bağlı hesabatını 2013-cü il 10 Oktyabrda təqdim edəcək.
5. Yekun qeydlər
MASMQ ümumilikdə seçkiqabağı prosesin başlaması və aparılması barədə müsbət rəy bildirib.
• Azərbaycan Respublikasında seçki prosesinin hüquqi əsasları beynəlxalq demokratik qaydalara uyğundur. Seçki məcəlləsi seçki prosesinin bütün prosedurlarını kifayət qədər təsvir edir. Ciddi əməl olunmaqla, Seçki Məcəlləsi ölkə vətəndaşlarının iradəsini ifadə edə və seçki prosesinin şəffaflığını təmin edə bilər.
• MSK Seçki Məcəlləsinə uyğun olaraq vətəndaşları öz hüquq və vəzifələri barədə maarifləndirmək üçün çalışır. MSK mütəmadi olaraq müşahidəçi missiyaları ilə əməkdaşlıq edir və missiyalar tərəfindən qeyd olunan məsələlərin həllində yardım edir. MSK öz işini qrafik üzrə, peşəkarcasına və Seçki Məcəlləsi tərəfindən müəyyən edilmiş bütün tələblərə, müddətə və prosesin mərhələrinə uyğun olaraq aparır.
• Missiya hesab edir ki, seçki prosesinin bütün iştirakçıları, ədalətli və demokratik seçkilərə uyğun olaraq, səslərin planlaşdırılmış sayına cavab verib-verməyəcəyindən asılı olmayaraq, nəticələri qəbul edirlər. Demokratiyanın mahiyyəti bundadır.
• Missiya seçkiqabağı kampaniyanın müddəti, Seçki günü, səslərin sayılması və nəticələrin müəyyən olunması prosesinin mövcud gərginlik artırılmadan Azərbaycanda Seçki qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcəyinə və bu Prezident seçkilərinin beynəlxalq standartlara cavab verəcəyinə ümid edir.
Missiyanın hesabatları hər biri rəsmi sənəd kimi ingilis və rus dillərində mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB