"Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupunun himni artıq bütün telefonlarda səslənir. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, himnin musiqisini zəngimcell kimi istifadə etmək üçün Azercell mobil operatorlarından "1010" kodunu 8555 nömrəsinə göndərmək kifayətdir. Himni dinləmək üçün www.mp2013.az saytına daxil ola bilərsiniz.
Sözləri İsmayil Dadaşova, musiqisi və ifası Tünzalə Ağayevaya məxsus olan "Mənim Prezidentim" Himni artıq bir həftədir ki, bütün FM radiolarda və sosial şəbəkələrdə yayımlanır.
Bildirək ki, 1000-dən çox gəncin iştirakı ilə 8 sentyabr 2013-cü il tarixində İçərişəhərdə "Mənim Prezidentim" Himninin klip çəkilişi başlanıb. Klipin yaxın günlərdə təqdimatı planlaşdırılır.
Qeyd edək ki, "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu son 10 il ərzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini ictimayyətə çatdırmaq məqsədi ilə yaradılıb. Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı daimi yeni məlumatlar əldə etmək və Təşəbbüs Qrupuna qoşulmaq üçün fb.com/mypresident.az səhifəsinə və www.mp2013.az veb-saytına daxil olmaq kifayətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB