Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə 14-15 avqust 2013-cü il tarixlərdə "Mənim Fərdi İnkişafım" adlı təlim kursu keçirilib. SİA-ya verilən məlumata görə, təlim kursunda 25 nəfər gənc iştirak edib. Təlim ərzində seçilən gənclər; vaxtdan düzgün istifadə?, sağlam həyat tərzi?, daxili intizam haqqında?, məqsədə çatmaq üçün nələri bilməliyik?, uğurlu biri olmaq üçün nələrə nəzarət etməliyik? və bu kimi bir sıra suallara cavab tapıblar.
Təlim kursunun açılışında Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin sədri Fuad Əliyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev iştirak ediblər.
Şəhər Təşkilatının sədri Naqif Həmzəyev partiyaya üzv olanların əksər hissəsinin gənclər olduğunu vurğulayıb. Onların daha fəal, yenilikçi, təşəbbüskar mövqedən çıxış etdiklərini və gənclərə daim hərtərəfli qayğı göstərən, güclü dəstək verən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirdiklərini bildirməklə, təlim kursunun iştirakçılarına uğurlar arzulayıb.
Gəncə şəhər Təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin sədri Fuad Əliyev gənclərin bu cür təşəbbüslərini təqdirəlayiq hal hesab edib və Gəncə gənclərinin regionda öz statusunun olmasını qeyd edib.
YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev təlim kursunun mahiyyəti barədə qonaqlara və iştirakçılara məlumat verib, bundan sonra da müxtəlif mövzularda treninq və seminarların keçiriləcəyini söyləyib.
Qeyd edək ki, təlim kursu 2 gün davam edib və kursu bitirən iştirakçılara sertifikatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB