“Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibləri müəyyən olub FOTO

“Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibləri müəyyən olub FOTO

Gəncədə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının (GDU TGT) təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və AR Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə qərb regionu Tələbə Gənclər Təşkilatları (TGT) arasında keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyunu qalibləri müəyyən olunub.

SİA-ya verilən məlumata görə, qərb regionu TGT-ləri arasında ilk dəfə keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyununda hər birində 6 nəfər olmaqla, 20-yə yaxın komanda iştirak edib.

Məlumat üçün bildirək ki, qərb regionu TGT-ləri arasında keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyununda I yeri Azərbaycan Dövlət Aqrar Universitetinin TGT-nin "Teslagroup" II yerə "We ... know" III yerə isə "Sivana"komandası sahib olub.

Qaliblər diplom və qiymətli hədiyyələr ilə mükafatlandırılıb, I yerə sahib olmuş komandaya isə kubok verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə