ATGTİ-nin dəstəyi ilə tələbənin şeir kitabı çap olunub

ATGTİ-nin dəstəyi ilə tələbənin şeir kitabı çap olunub

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) maliyyə dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4cü kurs tələbəsi Rəşad Mahmudoğlunun müəllifi olduğu "Dünya Şərtlər Dünyasıdır" adlı şeir kitabı çap olunub.

ATGTİ-dən SİA-ya verilən məlumata görə, Rəşad Mahmudoğlunun müəllifi olduğu şeirlər kitabı Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlə başlayır. Şeir kitabında vətənə, ana məhəbbətinə, Bəxtiyar Vahabzadəyə həsr olunmuş şeirlər, həmçinin də gənc şairin düşüncələri yer alıb.

Rəşad Mahmudoğlunun "Dünya Şərtlər Dünyasıdır" şeir kitabının redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru, professor Buludxan Xəlilovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə