Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ofisində QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib. SİA-ya verilən məlumata görə, seminarda çıxış edən Şuranın Katibliyinin icraçı direktoru Fərasət Qurbanov elan edilən sonuncu maliyyə müsabiqəsinin mövzusu və şərtləri haqqında iştirakçılara məlumat verib. O, Şuranın bütün xidmətlərinin gələcəkdə elektron formaya keçəcəyini bildirib və zaman keçdikcə bu sahədə yeni modellərin tətbiq olunacağını söyləyib.
F.Qurbanov QHT-lərin müsabiqə elanının mətni, şərti və qaydaları haqqında Şuranın hər üç saytı (www.cssn.gov.az, www.qhtxeber.az, www.e-qht.az) vasitəsi ilə tanış olduğunu qeyd edərək onlarla bağlı fikirlərini açıqlayıb.
Sessiyada eyni zamanda QHT təmsilçilərinin sualları da cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB