CASCFEN qurultaya hazırlıq üzrə təşkilat komitəsi qurdu

CASCFEN qurultaya hazırlıq üzrə təşkilat komitəsi qurdu

Xəbər verdiyimiz kimi Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) İdarə Heyəti (İH) son toplantısında qurumun bu ilin 15 sentyabr günü 1-ci qurultayını keçirmək üçün təşkilat komitəsinin tərkibini müəyyən etməklə bağlı qərar qəbul etmişdi. CASCFEN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, artıq qərara uyğun olaraq aprelin 20-də Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin (QHTK) 15 nəfərdən ibarət tərkibi müəyyən edilib.

Təşkilatdan verilən xəbərə görə, QHTK-da iştirak üçün bütün üzvlərə müraciət edilib və yalnız könüllülük əsasında siyahı müəyyənləşdirilib. İdarə Heyəti qərara gəlib ki, QHTK-ya qurumun İH-in üzvü, Prof. Dr. Ramiz Əskər başçılıq etsin. Eyni zamanda o da qərara alınıb ki, təşkilat komitəsinə İH-in bütün üzvləri, CASCFEN Məclisinin sədri və katibi, həmçinin arzu edən başqa üzvlər daxil edilsin. Beləliklə, son qərara görə aşağıdakı şəxslər CASCFEN QHTK-nın üzvləri elan edilib:

QHTK sədri: Prof. Dr. Ramiz Əskər

Üzvlər (əlifba sırasıyla):

1. Aqil Camal

2. Aydın Xan

3. Azər Həsrət

4. Dr. Nüşabə Hüseynli

5. Elşad Paşasoy

6. Əfsanə Ələsgərli

7. Könül Vəlibəyli

8. Qalib İbrahimoğlu

9. Lalə Musaqızı

10. Mənsurə Rəsulzadə

11. Nadir Azəri

12. Rey Kərimoğlu

13. Səhər Əhməd

14. Səidə Haqverdi

15. Vəli Vəlili

Təşkilat komitəsi may ayının sonuna qədər qurultayda iştirakla bağlı ilkin qaydaları müəyyən edəcək, həmçinin bir sıra texniki məsələlərin həlli üçün addımlar atacaq.

CASCFEN-dən verilən xəbərə görə, qurultayın keçirilməsinə 1 gün qalmış bütün rəhbər orqanların təmsilçiləri, həmçinin sədr Azər Həsrətin səlahiyyətlərinə xitam veriləcək. Qurultaya QHTK-nın müvəqqəti rəhbərliyi altında gediləcək və yenidən seçkilər keçirilməklə CASCFEN-in rəhbər orqanlarının tərkibi müəyyən ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə