“20 Yanvar”cəmiyyəti üçün yeni qərargah istifadəyə verilib FOTO

“20 Yanvar”cəmiyyəti üçün yeni qərargah istifadəyə verilib FOTO

Səbail rayonunda "20 Yanvar"cəmiyyəti üçün yeni qərargah istifadəyə verilib və faciənin ildönümü anılıb

20 Yanvar faciəsindən artıq iyirmi üç il ötür. Xalqımızın qan yaddaşına yazırmış bu tarixi faciə ölkəmizin hər yerində olduğu kimi paytaxtımızın Səbail rayonunun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində geniş qeyd olunur.

SİA-nın məlumatıan görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin "20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" sərəncamı əsasında Səbail rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanıb və faciənin 23 illiyinin geniş şəkildə qeyd olunması nəzərdə tutulub. Rayonun ali və orta təhsil müəssisələrində tədbirlər keçirilib. Faciənin ildönümü ərəfəsində rayondakı muzey və sərgi salonlarında foto sərgilər təşkil olunub, orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar foto stendlər düzəldilib, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir, divar qəzetləri buraxılıb. Hər bir məktəbdə anım mərasimləri, yığıncaqlar, toplantılar keçirilir, şagird və tələbələrin Şəhidlər Xiyabanına ziyarəti təşkil olunur. Yanvar ayının 17-18-də rayondakı bütün orta məktəblərdə keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr edilib.

Ölkə başçısının tapşırıqlarına əsasən xalqımızın inanc yeri olan Şəhidlər Xiyabanı Kompleksinin bir hissəsində aparılan əsaslı təmir-yenidənqurma işləri ilə əlaqədar burada yerləşən, təbii faktorlardan yararsız hala düşmək təhlükəsi yaranmış "20 Yanvar" cəmiyyəti və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin qərərgahlarının yerində möhkəmləndirmə və ərazinin yeni layihə əsasında yenidənqurulması işləri aparıldığı üçün başqa yerə köçürülməsi zərurəti yaranıb. Bununla əlaqədar yeni lahiyə hazırlanaraq ictimai təşkilatlar və eləcə də Xiyabana xidmət göstərən ayrı-ayrı xidmətlərinin işçiləri üçün yeni inzibati bina inşa olunub, Səbail rayon İcra Hakimiyyəti tərəfindən bura hər cür lazımi ləvazimat və avadanlıqlarla təchiz olunub. İctimai təşkilatların xidməti otaqlarında tərtibat işləri görülüb və faciənin ildönümü ərəfəsində Xiyaban Kompleksindəki ictimai təşkilatlar üçün nəzərdə tutulmuş bina istifadəyə verilib.

Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon rəhbərliyi, rayonun ictimai təşkilatlarının, Sosial Müdafiə Fondu, "20 Yanvar" cəmiyyəti və Veteran Təşkilatları Şurasının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə məhz bu yeni inzibati binada görüş keçirilib. Görüş torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunub. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Ümummilli Liderimiz Heydər Əliyev hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməyib. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman diqqət mərkəzində olduğu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və bu artımın gələcəkdə də davam olunacağı qeyd edilib.

Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb. Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilmiş və ərzaq bağlamaları təqdim olunub.
Tədbirdə qeyd olunub ki, yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçəri şəhərdəki "Cümə məscidində şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə