Rusiyada əmək miqrantları haqqında yeni qanun qüvvəyə minəndən sonra Azərbaycan vətəndaşları çətinliklərlə üzləşib. Hətta Rusiya vətəndaşları bununla razı deyil. Azərbaycan-Rusiya sərhədində Rusiyada işləyən Azərbaycan miqrantlarının geri qayıtmasını görmək demək olar ki, hər gün baş verir.
Buna səbəb Rusiyada əmək miqrantları haqqında yeni qanunun qüvvəyə minməsidir. Yeni qanuna əsasən, Rusiyaya işləməyə gedən miqrantlar rus dilindən imtahan verməlidirlər. Bu qanun mənzil-kommunal təsərrüfatında çalışan və pərakəndə ticarətlə məşğul olan miqrantlara şamil edilib. Azərbaycan vətəndaşları rus dilindən bilikləri yoxlanılır, imtahandan keçən miqranta sertifikat verilir. Həmin sertifikata əsasən, miqrantların Rusiyada işləməsinə icazə veriləcək. Ancaq Rusiyada yaşayan ruslarda bununla razı deyil.
Qeyd edək ki, Rusiya Federasiya Şurası oktyabrın 31-də əmək miqrantları haqqında yeni qanun layihəsini təsdiq edib. İşləmək üçün Rusiyaya üz tutanlar arasında azərbaycanlılar da çoxluq təşkil edirlər. Rusiyada yaşayan Azərbaycanlıların bəziləri rus dilini bilmədiyi üçün geri qayıtmağa başlayıblar.
Emin Kərimov, Qusar-Samur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB