Azərbaycan İncəsənəti ingilis dilində

“Azərbaycan İncəsənəti - uşaq və gənclər üçün ensiklopedik məlumat kitabı”nın ingilis dili versiyası nəşr olunub
Azərbaycan İncəsənəti ingilis dilində

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən "Azərbaycan İncəsənəti - uşaq və gənclər üçün ensiklopedik məlumat kitabı"nın ingilis dili versiyasının 1- cildi nəşr olunub. SİA-nın məlumatıma görə, kitabın ingilis dilində nəşr edilməsində məqsəd Azərbaycanda və xaricdə yaşayan soydaş uşaq və gənclərimizin zəngin Azərbaycan incəsənəti barədə maarifləndirilməsi, xaricdə Azərbaycan mədəniyyətinin təbliğ olunmasına töhfə verilməsi, xaricdə yaşayan soydaş uşaq və gənclər arsında vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsi, xaricdə Azərbaycan və Azərbaycan mədəniyyəti haqqında İnformasiya çatışmazlığının aradan qaldırılmasına töhfə verilməsidir. Layihə çərçivəsində "Azərbaycan İncəsənəti - uşaq və gənclər üçün ensiklopedik məlumat kitabı" nın ingilis dili versiyası dünyanın müxtəlif kitabxanalarına, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinə, diaspora təşkilatlarına göndəriləcək.

Kitabın məsləhətçisi akademik Ömər Eldarovdur, redaksiya heyətinin rəhbəri əməkdar incəsənət xadimi Ziyadxan Əliyevdir. Kitab İngilis dilinə Səadət İbrahimova tərəfindən tərcümə edilib, kitabın ingilis dili redaktoru İan Peartdir.

Xatırladırıq ki, 2010-2011- ci illərdə kitabın Azərbaycan dilində 3 cildi çap olunub.

Qeyd edək ki, kitabın təqdimat mərasimi 20 noyabr 2012-ci ildə keçiriləcək. Təqdimat mərasimində rəsmi şəxslər, Azərbaycanda fəaliyyər göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, yaradıcı insanlar, gənclər təşkilatlarının nümayəndələri iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə