“İRƏLİ” “Ümumdünya Diabet Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirəcək
“Ümumdünya Diabet Günü”

"İRƏLİ" İctimai Birliyinin Tibb Klubu, Azərbaycan Diabet Liqası, ZNK Ticarət Mərkəzi və Park Bulvar AVM-nin birgə təşkilatçılığı ilə 14 noyabr "Ümumdünya Diabet Günü"nə həsr olunmuş silsilə tədbirlər həyata keçiriləcək. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, 14 noyabr 2012-ci il tarixində keçiriləcək tədbir 2 hissədən ibarət olacaq. Tədbirin birinci hissəsi saat Park Bulvar AVM-də baş tutacaq. Tibbi briqada tərəfindən könüllülərin qanında şəkərin miqdarı müəyyənləşdiriləcək, həmçinin gənclər arasında sağlam həyat tərzini təbliğ edən flashmob keçiriləcək.

Tədbirin maarifləndirici xarakter daşıyan ikinci hissəsi "İRƏLİ" Gənclik Mərkəzində keçiriləcək. Respublika Endokrinologiya Mərkəzinin aparıcı endokrinoloqu, Həmkarlar İttifaqının sədri, Azərbaycan Diabet Liqasının əməkdaşı Nərmin İsmayılova tərəfindən keçirilən seminarda tədbir iştirakçılarına mövzu ilə bağlı ətraflı məlumat veriləcək. Tədbirin keçirilməsində əsas məqsəd xəstəlik haqqında gənclərə lazımi informasiyanın çatdırılmasıdır.

Xatırladaq ki, Beynəlxalq Diabet Federasiyasının (İDF) və Ümumdünya Səhiyyə Təşkilatının (WNO) qərarına əsasən 14 noyabr 1991-ci ildən etibarən Ümumdünya Diabet Günü kimi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə