Gəncədə idarə və müəssisələrin istiliklə təminatı istiqamətində artıq lazımı tədbirlərə start verilib. Qış aylarında sərt soyuqların olduğunu nəzərə alınaraq Gəncə İstilik Təsərrüfatı İdarəsi gücləndirilən iş rejiminə keçib. İlkin mərhələdə ötən ildən qurulan 7 qazanxanadan 5-i il istifadəyə veriləcək. Adı çəkilən qurumun rəisi Əsəd Xudaverdiyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə prosesə noyabr ayının 1-dən başlanılıb. Vətəndaşların mənzillərinə istilik təminatı isə 2013-cü ildən tətbiq ediləcək.
"Azəristilik" ASC tərəfindən əhali təbəqəsi üçün yeni qazanxanalar inşa olunacaq. Sovet dönəmindən qalan və bu gün müasir tələblərdən uzaq olan qazanxanqalara gəlincə isə müsahibimiz sözügedən texnikaların Dövlət Əmlak Komitəsinin balansına verildiyini bildirib. Bu qazanxanaların yenidən təmir olunub istifadəyə verilməyəcəyi dəqiq olsa da sökülməsi prosesi Nazirlər Kabinetinin qərarından sonra həyata keçirilə bilər.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB