Görüşdə nələr müzakirə olunacaq?

Görüşdə nələr müzakirə olunacaq?

Cari ilin noyabr ayının 2-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri Litva Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arturas Jurauskasla görüşəcəklər. ATGTİ-dən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasından ikitərəfli əlaqələrin inkişafı, ölkələrimizdəki QHT-lərlə, əsasən da tələbə təşkilatları ilə Litva Respublikasında fəaliyyət göstərən tələbə təşkilatları arasında əməkdaşlığın qurulması və inkişafı məsələləri müzakirə olunacaq. Görüşdə həmçinin ATGTİ tərəfi iki ölkə səfirliklərinin dəstəyi ilə ikitərəfli tələbə təcrübə proqramının həyata keçirilməsi təklifini irəli sürəcək.

Xatırladırıq ki, bu ilin sentyabrında artıq litvalı gənclərin ölkəmizə tanışlıq xarakterli səfərləri reallaşmışdı. Görüşdə litvalı səfirə İttifaqın fəaliyyəti və həyata keçirdiyi irimiqyaslı layihələrlə bağlı ətraflı məlumat veriləcək, ATGTİ-nin nəşrləri təqdim olunacaq.

Qeyd edək ki, bu günə qədər ATGTİ tərəfi Rusiyanın, Qazaxıstanın Serbiyanın, Norveçin, Latviyanın, İtaliyanın, Pakistanın və s. ölklərin səfirləri ilə anoloji görüşlər keçirib, əməkdaşlıq əlaqələri qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə