105 ailə dövlət tərəfindən birdəfəlik ünvanlı sosial yardımla təmin edilib

105 ailə dövlət tərəfindən birdəfəlik ünvanlı sosial yardımla təmin edilib

Aztəminatlı ailələrin birdəfəlik ünvanlı sosial yardımla təmin edilməsi davam etdirilir. Bu dəfə isə Ağcabədi, Ağdam, Füzuli və Beyləqan rayonlarından ümumilikdə 105 ailə "Özünədəstək" proqramına cəlb olunub. Proqramın əsas məqsədi rayonlarda yaşayan və aztəminatlı olan ailələrin kənd təsərrüfatı ilə məşğul olması üçün şəraitin yaradılmasıdır. Bu dəfə hər birindən 15 ailə olmaqla Ağdam, Füzuli və Beyləqan rayonları layihəyə qatılıblar. Ağcabədi rayonundan isə 60 aztəminatlı ailə proqramda iştirak edib. Ümumilikdə 105 ailənin iştirak etdiyi bu proqramda sosial müqavilələr imzalanıb, ailələrə müvafiq bildirişlər paylanılıb.

"Özünədəstək" proqramına cəlb edilmiş ailələrlə keçirilən görüşdə, həmin ailələrə bu proqramın yaratdığı imkanlardan səmərəli istifadə etmək, öz təsərrüfatlarını inkişaf etdirmək tövsiyyə olunub.


Görüşdə həmçinin qeyd olunub ki, bundan sonra da dövlət aztəminatlı ailələrə bu cür lazımi dəstəyi verəcək. Ailə təsərrüfatının inkişaf etdirilməsində aztəminatlı ailələrə dəstək verəcəkdir.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə