Bu gün Daşkəsən rayonunda 2012-ci ilin I rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. Yığıncağı giriş sözü ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev açıb. SİA-nın məlumatına görə, məruzəçi nitqində ölkə prezidentinin fikrini dönə-dönə vurğulayaraq qeyd edib:
"İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılmış addımlar bəhrəsini verir. Əgər sənaye istehsalına nəzər salsaq, görərik ki, ümumi sənaye istehsalı 0,3 faiz azalıb, ancaq qeyri-neft sənayemiz 16,5 faiz artıb. Bu müstəqillik dövründə ən yüksək, rekord göstəricidir və yenə də son illər ərzində apardığımız islahatların məntiqi nəticəsidir.
Özəl sektora göstərilən dəstək-həm siyasi, həm də maddi dəstək, kreditlərin verilməsi qeyri-neft sənayesinin inkişafına gətirib çıxarır.
Ölkəmizdə yaradılan orta, kiçik, həm də iri müəssisələr bu yeni reallıqları təmin edir. Beləliklə demək olar ki, artıq sənayeləşmə siyasətinin gözəl nəticələri var. Hazırda tikilməkdə olan iri sənaye müəssisələri gələcəkdə fəaliyyətə başlayandan sonra bizim qeyri-neft sənayemizin inkişafına daha da böyük töhfə verəcək".
Sonra natiq çıxışında vurğulayıb ki, 2012-ci ilin I rübü Daşkəsən rayonunda da sosial-iqtisadi inkişafın artım tempi ilə müşayiət olunmaqdadır. Belə ki, 2012-ci ilin birinci rübü ərzində Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı üzrə bir çox işlər görülüb. Ümumi məhsul buraxılışı 10 022 min manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3,4% çoxdur. O cümlədən, göstəricilər kənd təsərrüfatı üzrə 28,4%, nəqliyyat üzrə 6%, rabitə üzrə 2,5%, ictimai-iaşə xidmətləri üzrə 7,3% çox olub.
2012-ci ilin birinci rübü ərzində sənaye müəssisələrinin işçilərinin orta sayı 571 nəfərə çatıb. Bir işçiyə düşən orta aylıq əmək haqqı 335,5 manat təşkil edib. Rüb ərzində Daşkəsən rayonunda əhalinin sayı 01.04.2012-ci il tarixə qədər 33255 nəfər olub və əhali 39 nəfər artıb.
2012-ci ilin birinci rübü ərzində rayonda 156 aztəminatlı ailəyə (652 ailə üzvünə) ünvanlı dövlət sosial yardımı təyin olunub. Həmin dövrdə rayonda 72 iş yeri yaradılıb. 2012-ci ilin birinci rübü ərzində istifadə olunan elektrik enerjisinin əhali qrupu üzrə dəyərinin ödənilməsi 97,4 % təşkil edib. Keçən ilin birinci rübündə bu göstərici 91,4 % təşkil edib. Ümumi ödəmə üzrə isə bu göstəricilər müvafiq olaraq 78,42 %, 72,1% olub.
2012-ci ilin birinci rüb ərzində elektrik avadanlıqlarının yeniləşdirilməsi və təmiri, yeni transformatorların alınıb quraşdırılması, transformatorların əsaslı təmiri, elektrik dayaqlarının, EVX-nin dəyişdirilməsi və təmiri üzrə bir sıra işlər görülüb.
Daha sonra İcra Hakimiyyətinin başçısı bildirib ki, Qaz İstismar Sahəsi üzrə 2011-ci ilin birinci rübü ərzində əhaliyə verilən təbii qazın dəyərinin ödənilməsi 93,4 %, ümumi ödəmə üzrə isə 89,2%, 2012-ci ilin birinci rübündə isə bu göstəricilər 103% və 93,2 % təşkil edib. 2012-ci ilin birinci rübü ərzində rayon Qaz İstismar sahəsi tərəfindən bir sıra təmir-bərpa işləri görülüb.
Daşkəsən rayon Sukanal idarəsi üzrə 2011-ci ilin birinci rübü ərzində əhaliyə verilən suyun dəyərinin ödənilməsi 44,3 %, 2012-ci ilin birinci rübü ərzində isə 54,3 % olub.
2012-ci ilin birinci rübü ərzində Daşkəsən Sukanal idarəsi tərəfindən 12 p/m müxtəlif diametrli su borusu cari təmir edilib və 2 ədəd 50mm-lik siyirtmə dəyişdirilərək yenisi ilə əvəz olunub, 925 ədəd sayğac quraşdırılıb.
Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə"nin rayonda həyata keçirilməsi üçün tövsiyə olunan məlumatlar aidiyyəti üzrə təqdim edilib. Həmin layihənin həyata keçirilməsi üçün aidiyyəti üzrə işlər davam etdirilir.
Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaq.
Məruzəçi həmçinin çıxışında qeyd edib ki, yol iqtisadiyyat, inkişaf, mədəniyyət deməkdir. 2012-ci ilin birinci rübü ərzində 22 saylı Yol İstismar idarəsi tərəfindən bir sıra işlər görülüb. Belə ki, yolların saxlanması və təmiri üzrə194,5 min manatlıq iş görülüb. Rayonun yollarının, körpülərinin təmiri üzrə Rayon İcra Hakimiyyəti tərəfindən Respublika Nazirlər Kabinetinə kompleks layihə təklifləri təqdim olunub.
Bir daha dərin minnətdarlıq hissi ilə bildirirəm ki, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olub. Sərəncamda 3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Daşkəsən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç ) milyon manat ayrılıb. Bu ölkə başçısı cənab Prezidentimizin rayonumuzun inkişafına diqqət və qayğısının əyani təzahürüdür. Bu diqqət və qayğı bizi öz işimizdə daha yaxşı işləməyə, təşəbbüskar olmağa ruhlandırır.
2012-ci ilin birinci rübü ərzində Rayon Telekommunikasiya Qovşağı üzrə bir sıra tədbirlər yerinə yetirilib. Mərkəzi EATS-də geniş zolaqlı internet xidməti üçün ADSL və FOM avadanlığı quraşdırılıb və kanalların tutumu 153 port artırılaraq əhalinin istifadəsinə verilib. Əhatə edəcəyi ərazidə əhaliyə göstərilən rabitə xidmətinin yaxşılaşdırılması məqsədi ilə Daşkəsən qəsəbəsi ərazisində yeni "Bakcell" telefon ötürücüsü quraşdırılır. Yaxın gələcəkdə Telekommunikasiya qovşağı üzrə rabitə xidmətinin daha da yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən yeni avadanlıqların tətbiqi nəzərdə tutulur.
Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları, 1 damazlıq arıçılıq və 1damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir. Gələcəkdə toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir. 2012-ci ilin məhsulu üçün 754 hektar sahədə taxıl səpini aparılmışdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda 6 kənddə (Quşçu, Mollahəsənli, Əmirvar, Bayan, Qabaqtəpə, Qaraqollar kəndlərində) süni mayalama məntəqələri fəaliyyət göstərir. Süni mayalama texnikləri tərəfindən 2012-ci ilin I rübü ərzində 52 baş heyvan mayalanmış, mayalandırılmış heyvanlardan 75 baş bala alınıb. Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir.
Rayonda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən təsərrüfatlara 2009-2010-cu illər ərzində 30 baş damazlıq düyə gətirilib. Gələcəkdə başqa təsərrüfatlara da damazlıq düyələrin gətirilməsi üçün hazırlıq işləri görülür.
"Arıçılıq haqqında" qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq 2012-ci ilin I rübü ərzində də arıçılığın inkişafı üçün tədbirlər davam etdirilib.
Ümumilikdə rayonun kənd təsərrüfatının (heyvandarlıq, əkinçilik, arıçılıq) sürətli inkişafı üçün uzun müddətli, aşağı faizli kredit ayrılması üzrə geniş, irimiqyaslı tədbirlər eyni zamanda turizm və atçılığın inkişafı üzrə həyata keçirilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə qurumlara müraciətlər olunub, təkliflər irəli sürülüb. Möhtərəm Cənab Prezidentimiz tərəfindən kənd təsərrüfatının inkişafı üzrə verdiyi tapşırıqların bundan sonra da yerinə yetirilməsi üçün bütün tədbirlər görüləcək.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən 2013-cü ildə Daşkəsən rayonunda aşağıdakı tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulur.
- Yuxarı Daşkəsən qəsəbəsində həkim, Zağalı, Əhmədli, Zivlən, Çanaqçı və Çıraqlı kəndlərində tibb məntəqələrinin tikintisi.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin verdiyi məlumata əsasən
-Gənclər evinin (2012-2013-cü illər) və idman zalının tikintisi (2013-cü il) nəzərdə tutulur.
-Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata əsasən Daşkəsən rayonunda tikintisi və təmir-bərpası nəzərdə tutulan mədəniyyət obyektləri aşağıdakılardır:
- Daşkəsən şəhərində Rəsm Qalereyası və Mərkəzi kitabxana binalarının tikintisi, Uşaq İncəsənət məktəbi, Tarixdiyarşünaslıq Muzeyi binalarının əsaslı təmiri və Quşçu kəndindəki monastrın bərpası (2013-cü il).
- Qabaqtəpə, Dəstəfur, Bayan kəndlərindəki Alban Məbədləriinin bərpası və rayonun bir sıra kənd kitabxana binalarının təmir-tikintisinə isə 2014-cü ildə başlanılması nəzərdə tutulub.
Azərbaycan Respublikası "Azərenerci" ASC-nin verdiyi məlumata əsasən Daşkəsən rayonu ərazisində 6-10 kV-luq elektrik verilişi xətlərinin, 6-10/0,4 kV-luq transformator məntəqələrinin yenidənqurulmasını və 0,4 kV-luq hava xətlərini özüdaşıyan izolyasiyalı naqillə (SİP) əvəz olunması 2012-2013-cü illərdə nəzərdə tutulub.
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin verdiyi məlumata əsasən uzunluğu 31 kilometr olan yerli əhəmiyyətli R-20 (36 km Daşkəsən) -Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri 2012-ci ildə Azərbaycan Respublikasının regionlarında bəzi kəndlərarası avtomobil yollarının bərpası üzrə Proqrama daxil edilib.
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi "Azəriqaz" QSC "Təbii qazın qəbulu və satışı" MMC-nın verdiyi məlumata əsasən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Daşkəsən rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması üzrə texniki iqtisadi hesabat hazırlanıb. Daşkəsən rayonu üzrə təbii qazın ödənişindən daxil olan vəsaitin həcmi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" na əsasən hazırlanmış texniki iqtisadi hesabata uyğun işlərin icrasına imkan vermədiyinə görə, maliyyə mənbəyinin həllindən asılı olaraq növbəti illər ərzində "Təbii qazın qəbulu və satışı" MMC tərəfindən işlərin mərhələlərlə həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görüləcək.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata əsasən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın Daşkəsən rayonu üzrə nəzərdə tutulmuş 4.3.4.52 sıra nömrəsi üzrə aidiyyəti sahələrdə inkişaf strategiyası istiqamətində layihə təklifləri barədə məlumatları Kənd Təsərrüfatı Nazirliyinə göndərilməsi xahiş olunub və sahələr üzrə müvafiq layihə tədbirlərinin hazırlanmasında Ərazi Kənd Təsərrüfatı idarəsinin səlahiyyətli nümayəndələrinin cəlb edilməsi məqsədəuyğun hesab edilib.
Qeyd olunan bütün tədbirlərin həyata keçirilməsinin daha da sürətləndirilməsi üçün eyni zamanda rayon ərazisində bütün mövcud problemlərin həlli məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq nazirliklərə, komitə və səhmdar cəmiyyətlərə bir daha müraciətlər olunub, aidiyyəti qurumlarla müntəzəm əlaqə saxlanılmaqla məsələlərin həlli daimi nəzarətdə saxlanılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 16-da Prezident Aparatında Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasın yekun nitqində qeyd edib: "O ki qaldı bizim gələcək planlarımıza, bir daha demək istəyirəm ki, biz inamla qabağa gedirik. Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etməliyik".
Prezidentimizin rəhbərliyi və müdrikliyi sayəsində biz daşkəsənlilər də gələcəyə inamla, ümidlə baxır, qarşıya qoyulan vəzifələrin ardıcıl , uğurla yerinə yetirilməsinə qəlbən inanır və sevinirik. Bizi qarşıda Yeni Daşkəsən layihəsinin həyata keçirilməsi kimi böyük işlər gözləyir. Bu layihənin uğurla icrası üçün bir çox nazirliklərin müsbət fikir və rəylərini almışıq.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasını əmin edirəm ki, qarşıda duran bütün vəzifələrin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin verdiyi bütün göstəriş və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün qüvvələri səfərbərliyə alaraq əlimizdən gələni əsirgəməyəcəyik.
Məruzə ətrafında həmçinin rayon təhsil şöbəsinin müdiri Nazim Verdiyev, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev, 22 saylı Yol İstismar idarəsinin rəisi Nəriman Süleymanov çıxış ediblər.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB