Bu gün Milli QHT Forumunun (MQF) İdarə Heyətinin növbəti yığıncağı keçirilib. SİA-nın MQF-nun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, gündəlikdə yeni təşkilatların MQF-yə qəbulu, MQF Sektorların yenidən formalaşdırılması, MQF Bakı Şəhəri 11 rayon üzrə koordinatorlarının təsdiq olunması, MQF-nin İllik Hesabat Konfransındakı təkliflər və cari məsələlər durub.
Yığıncaqda qeyd olunan məsələlər müzakirə olunub. İlk olaraq 7 QHT ("Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası" İB, "Qadınlara Dəstək Assosiasiyası" İB, "Gələcək Sosial İnkişaf" İB, "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İB, "Yeni Mühit" İB, "Demokratik Azərbaycan Naminə Gənclərin" İB, "Mirzə Ələkbər Sabir "Fondu) MQF-yə üzv kimi qəbul olunub.
MQF İdarə Heyətində növbəti məsələ sektorların yenidən formalaşdırılması müzakirə olunub. MQF-nin prezindenti Rauf Zeyni "Demokratik dəyərlərin inkişafında QHT-lərin rolunun artırılması" layihəsi haqqında məlumat verdi və layihənin sektorların inkişafına təsir göstərəcəyini bildirib. AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən layihənin dəstəklənməsi müsbət qarşılanıb və QHT Şurasına minnətdarlıq bildirilib. Bu məsələ ilə əlaqədar olaraq sektorların yeni tərkibinin formalaşdırılması, bu işin yüksək səviyyədə davam etdirilməsi və İdarə Heyətinə təqdim olunması MQF-nin prezindetinə həvalə olunub.
Digər məsələ MQF-nin İllik Hesabat Konfransında irəli sürülən təkliflər barədə olub. MQF-nin maliyyə axtarışını sürətləndirmək, beynəlxalq donorlara müvafiq layihələrlə müraciət olunması, üzvlük haqlarının yığılmasının təmin olunması, dövlət sektoru ilə əlaqələrin intensivləşməsi, MQF-yə maliyyə ayrılması ilə əlaqədar ölkə rəhbərliyinə müraciətin hazırlanması qərara alınıb. Növbəti İdarə Heyətinə qədər MQF Bakı Şəhəri 11 rayonu üzrə koordinatorların təsdiq olunması işi MQF rəhbərliyinə həvalə olunub.
MQF-nin Hüquq Departamentinin rəhbəri MQF-nin prezidenti tərəfindən İdarə Heyətinə təqdim olunub və Mehman Muradlı MQF-nin Hüquq Departamentinin rəhbəri vəzifəsinə təsdiq olunub.
Sonda cari məsələlər də müzakirə olunub.
Qeyd edək ki, hal-hazırda 582 təşkilat MQF-nin üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB