Gəncədə sahibkarlara növbəti kreditlər verilib - FOTO

Gəncədə sahibkarlara növbəti kreditlər verilib - FOTO

İqtisadi İnkişaf Nazirliyi rəsmiləri tərəfindən Gəncədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbirdə Gəncə-Qazax iqtisadi rayonundan 120-ə yaxın sahibkar iştirak edib. SİA-nın bölgə müxbirinin məlumatına görə, görüşdə şəhərin iqtisadi potensialına uyğun olaraq güzəştli kreditlər hesabına maliyyələşdiriliməsi nəzərdə tutulan quşçuluq kompleksi, toxuculuq fabriki, həmçinin orta həcimli təsərrüfatların layihələri təqdim olunub. Ümumilikdə cari ilin əvvəlindən fondun vəsaitləri hesabına Gəncə-Qazax iqtisadi rayonunda çalışan sahibkarlara 4 mln manatdan artıq kredit verilib. İlkin mərhələdə yuxarıda qeyd olunan layihələrin reallaşdırılması ilə 400-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Gələcəkdə də Gəncə-Qazax iqtisadi regionunda çalışan sahibkarlara əlavə kreditlər veriləcək.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə