Gənc Liderlər Xocalı faciəsini anıblar

Gənc Liderlər Xocalı faciəsini anıblar

"Gənc Liderlər Üçün Qış Universiteti – Sığortalı gələcək" layihəsinin iştirakçıları Xocalı faciəsinin 20-ci il dönümü ərəfəsində "Hepimiz Hocalılı" aksiyasına dəstək məqsədilə fleşmob aksiya həyata keçiriblər. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, Xocalı qurbanlarını anaraq onlar üçün qarın üzərində ingilis dilində "Khojaly" sözünü təsvir edərək "Justice for Khojaly" ("Xocalıya ədalət") şüarı ilə bir anda yerə yıxılıblar. Daha sonra gənclər Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyi daima Azərbaycanın tarixi həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif tədbirlər həyata keçirir. "İRƏLİ" Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunacaq bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə