KİV nümayəndələri üçün tikilən bina 2013-cü ilin avqustunda istifadəyə veriləcək
Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün tikilən binanın 2013-cü ilin avqustunda istifadəyə verilməsi planlaşdırılır. SİA-nın xəbərinə görə, bu barədə Səbail rayon İcar Hakimiyyətinin başçısı Asif Əsgərov məlumat verib. O bildirib ki, ötən il ölkə başçısının sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna ayrılan maliyyə vəsaiti hesabına Səbail rayonu ərazisində, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 146 mənzilli yeni bina tikintisinə qərar verilib. Hazırda burada tikinti işlərinin getdiyini deyən icra başçısı vurğulayıb ki, binanın 2013-cü ilin avqust ayında istifadəyə verilməsi nəzərdə tutulub.
A.Əsgərov hesabat dövründə RİH Başçısı Aparatına vətəndaşlardan 2604 ərizə və müraciət (2010-cu ildə - 2032) daxil olub. Onlardan – 525-i Prezident Administrasiyasından, 25-sı Milli Məclisdən, 65-i Nazirlər Kabinetindən, 334-ü Mərkəzi orqanlardan və Bakı şəhər İcra Hakimiyyətindən, 1655-i (63,6%-i) vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla 736-ı təkrar, 176-ı kollektiv ərizələrdir.
Müraciətlərin 2327-i (89,4 %) ərizə və təklif, 277-i (10,6 %) şikayət xarakterli olub. Bütün ərizələrə müəyyən olunan vaxtda baxılaraq 677-i (26,0 %) müsbət həll olunub, 54-ü (2,1%) qismən həll edilib, 1462-i (56,1 %) barədə müvafiq tədbirlər görülüb, 310-i (11,9 %) aidiyyəti üzrə göndərilib, 17-nin (0,7%) icrası nəzərdə tutulub, 65-i (2,5%) əsassız sayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB