Nazir bəzi rayonların Sosial Müdafiə mərkəzlərinin rəhbərlərinə ciddi xəbərdarlıq etdi

Nazir bəzi rayonların Sosial Müdafiə mərkəzlərinin rəhbərlərinə ciddi xəbərdarlıq etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rayonlarda ünvanlı sosial yardımların (ÜSY) əhaliyə çatdırılmasında ləngimələrlə və digər problemlərlə bağlı yerlərdə ilin yekunları ilə bağlı araşdırma aparacaq. SİA-nın xəbərinə görə, nazir Füzuli Ələkbərov deyib ki, araşdırmalar nəticəsində problemlərin tam qabarıq şəkildə özünü göstərdiyi rayonlarda Sosial Müdafiə mərkəzlərinin rəhbərləri çox ciddi şəkildə cəzalandırılacaq. Onun sözlərinə görə, ünvanlı sosial yardımların verilməsində ləngimələr əhalidə onların mənimsənilməsi təəssüratını yaradır. Nazirin fikrincə, buna səbəb maliyyələşdirmənin vaxtlı-vaxtında həyata keçirilməməsidir: "Əgər bu yardımlar təyin olunubsa, əhali hər ay vaxtlı-vaxtında bu yardımları almalıdır. Nazirliyin müvafiq qurum rəhbərlərinə bununla bağlı tapşırıq verirəm ki, heç bir halda gecikmə olmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə