Azərbaycanda səfərdə olan İspaniya Krallığının Sənaye, Turizm və Ticarət Nazirliyinin Xarici ticarət üzrə Dövlət katibi Alfredo Bonet Baigetin rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində olub. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə K. Heydərov nazirlik və onun tabeliyində olan qurumlar və onların fəaliyyəti haqqında ümumi məlumat verib, həmçinin, yarandığı tarixdən etibarən FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində aparılan işləri də qonağın diqqətinə çatdırıb. Azərbaycanla İspaniya Krallığı arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd edən Alfredo Bonet Baigetin bu əməkdaşlığın dərinləşməsi üçün birgə səylər göstərəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB