ABŞ-ın Azərbaycandakı Səfirliyinin iqamətgahında iftar mərasimi təşkil edilib

ABŞ-ın Azərbaycandakı Səfirliyinin iqamətgahında iftar mərasimi təşkil edilib

ABŞ-ın Azərbaycandakı səfirliyinin iqamətgahında iftar mərasimi təşkil edilib. SİA-nın xəbərinə görə, iftar mərasimində Azərbaycandakı bütün dini konfessiyaların başçıları və nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların rəhbərləri, ABŞ səfirliyinin əməkdaşları iştirak ediblər.

Mərasimdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayza müqəddəs qədr gecəsində iftar süfrəsi açdığından şərəf duyduğunu bildirib. O, Qurani-Kərimdə bu gecənin başqa çoxsaylı gecələrdən daha çox önəmli olduğunun qeyd edildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə