Azərbaycanın sifariş verdiyi seysmometrlər ilin sonuna tam hazır olaraq ölkəyə göndəriləcək

Azərbaycanın sifariş verdiyi seysmometrlər ilin sonuna tam hazır olaraq ölkəyə göndəriləcək

"Azərbaycanda ilk dəfə olaraq dənizdə quraşdırılacaq seysmometrlər xüsusi hal kimi bizim sifarişimizlə hazırlanır. Sifariş verdiyimiz 3 seysmometr Amerikada hazırlanır və onun tam hazır olması ilin sonuna gözlənilir". Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmdəli məlumat verib. O bildirib ki, ilin sonuna kimi bu cihaz hazır olub Azərbaycana göndəriləndən sonra onun quraşdırılmasına gələn ilin əvvəllərindən başlana bilər. T.Məmmədli qeyd edib ki, ilkin olaraq dəniz üçün 3 cihaz sifariş verilib, onların gələcəkdə artırılması ehtimalı var.

Dəniz dibinin seysmoloji vəziyyətinə gəlincə, şöbə müdiri vurğulayıb ki, dəniz dibində də hər zaman zəlzələlər qeydə alınır. Onun sözlərinə görə, seysmik cihazlar bunların müəyyən olunmasına imkan verir: "Sadəcə dəniz dibində qurulan yeni stansiyalar həmin zəlzələnin parametrlərini daha dəqiq qiymətləndirməyə və da daha zəif təkanları qeydə almağa imkan verəcək. Daha zəif zəlzələlərin qeydə alınması bizdə seysmoloji elmi tədqiqat işləri aparılmasında mühüm rol oynayır. Belə ki, elmi-tədqiqatlarda zəif zəlzələlərin qeydiyyatı xüsusi əhəmiyyət kəsb etdiyindən bu stansiyalar quraşdırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə