Bu gün Milli Qəhrəman Vüqar Hüseynovun doğum günüdür

Bu gün Milli Qəhrəman Vüqar Hüseynovun doğum günüdür

20 iyun Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynovun doğum günüdür. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən xəbərə görə, Vüqar Tofiq oğlu Hüseynov 1969-cu il iyunun 20-də Cəbrayıl rayonu Daşkəsən kəndində anadan olub. O, 1990-cı ildə Xüsusi Təyinatlı Milis (polis) Dəstəsinə daxil olub, Xocalı, Goranboy, Çaykənd istiqamətlərində rəşadətlə vuruşub. 1991- ci il iyulun 20-də Goranboy rayonunun Buzluq kəndi uğrunda gedən döyüşdə düşmənin üstün qüvvələrinin dəf edilməsində xüsusi fədakarlıq göstərib və qəhrəmanlıqla həlak olub.

Doğulduğu Daşkəsən kəndində dəfn edilib. Oxuduğu orta məktəb onun adını daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə