Şəhid ailəsi minnətdarlıq edir

Şəhid ailəsi minnətdarlıq edir

"Mən Səfərova Safura, şəhid ailəsinin üzvü kimi ailəmiz və kəndimizin çoxsaylı şəhid anaları adından Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə və tibb heyətinə dərin minnətdarlığımızı bildirmək istəyirəm". Bu sətirlər şəhid ailəsindən TƏBİB-in rəhbəri Anar Bayramova ünvanlanan minnətdarlıq məktubundandır.

Məktubda yazılır: "Dünən nəvəm Gözəlov İlkin Rəhim oğlu son dərəcə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdır. Həkimlərin ilkin qiymətləndirməsinə görə onun yaşamaq şansı olduqca az idi. Lakin reanimasiya şöbəsinin müdiri Bəxtiyar Əhmədovun peşəkar həkim Hikmət Əliyevin, tibb işçilərinin gecə-gündüz fədakar əməyi, yüksək məsuliyyəti və insan həyatına həssas yanaşması nəticəsində övladımız yenidən həyata qaytarılmış, sözün həqiqi mənasında ölümün pəncəsindən xilas edilmişdir.

Xüsusilə, xəstəxananın baş həkimi Nuridə Məmmədovanın məsələyə şəxsən diqqət ayırması, prosesə nəzarət etməsi və verdiyi operativ tapşırıqlar bu uğurlu nəticənin əldə olunmasında mühüm rol oynamışdır. Onun rəhbərliyi altında çalışan tibb kollektivinin peşəkarlığı və humanist münasibəti ailəmiz tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Bu gün nəvəmizin yenidən nəfəs alması, həyata bağlanması və gələcəyə ümidlə baxması həmin həkimlərin və tibb işçilərinin fədakar əməyinin nəticəsidir. Buna görə də ailəmiz adından, eləcə də kəndimizin qəhrəman şəhidlərinin anaları adından Sizə , Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə, reanimasiya şöbəsinin həkimlərinə və bütün tibb personalına sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Çox hörmətli Anar müəllim!

Uca Allahdan hər birinizə möhkəm can sağlığı, məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq".

Dərin hörmət və ehtiramla,

Səfərova Safura
Şəhid ailəsinin üzvü, Lənkəran rayonu,Sinovli kəndinin şəhid anaları və sakinləri adından

Bütün xəbərlər Facebook səhifəmizdə