"Uşaqların sosial şəbəkələrə girişinin qadağan olunması qərarı çox təqdirəlayiq, müsbət və vacib addımdır. Çünki hamımız internet məkanında, xüsusilə sosial şəbəkələrdə yaranmış vəziyyəti görürdük. İnternet qlobal və böyük ölçüdə nəzarətsiz bir məkandır. Burada xüsusilə uşaq və yeniyetmələr üçün təhlükəli, zərərli, psixologiyaya mənfi təsir göstərən materiallar kifayət qədərdir".
Bu sözləri SİA-ya açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib.

O bildirib ki, bu isə onların sağlam psixoloji mühitdə böyüməsinə və düzgün formalaşmasına mənfi təsir göstərir: "Bu baxımdan dövlət tərəfindən atılan addımlar çox önəmlidir. Son dövrlərdə görülən tədbirlərdən biri də məhz bu istiqamətdədir və mən bunu yüksək qiymətləndirirəm. Azərbaycan dövləti gənclərimizin milli-mənəvi dəyərlər əsasında, sağlam ruhda böyüməsi üçün indidən preventiv tədbirlər görür.
Əlbəttə, internet qlobal sistemdir və ona tam nəzarət mümkün deyil. Lakin mövcud imkanlar daxilində uşaqları və yeniyetmələri zərərli təsirlərdən qorumaq dövlətin və cəmiyyətin borcudur. Xüsusilə milli-mənəvi dəyərlərimizə zidd olan, uşaqların psixologiyasına mənfi təsir göstərən məzmunlardan onları uzaq tutmaq vacibdir.
Orta məktəblərdə şagirdlərin smartfonla dərsə gəlməsinin məhdudlaşdırılması da müsbət addım ola bilər. Valideynlər də övladlarına erkən yaşlarda smartfon almaq məsələsində daha məsuliyyətli davranmalıdırlar. İnternetdən istifadə tamamilə qadağan edilə bilməz, lakin bu istifadə valideyn nəzarəti altında olmalıdır. Uşaqlar dərs və ya sağlam istirahət məqsədilə valideynlərin nəzarəti ilə rəqəmsal vasitələrdən yararlana bilərlər.
Dövlət başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan gəncləri milli-mənəvi dəyərlər əsasında formalaşmalıdır. Bizim minilliklərdən gələn zəngin mədəniyyətimiz, azərbaycançılıq ideologiyamız və mənəvi irsimiz var. Bu dəyərlər üzərində böyüyən gənclər sağlam düşüncəli, vətənpərvər və məsuliyyətli vətəndaşlar olurlar. İnanıram ki, bu istiqamətdə atılan addımlar yaxın zamanda öz müsbət nəticələrini göstərəcək və cəmiyyətimiz üçün sağlam gələcəyin formalaşmasına töhfə verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB