Heydər Əliyev Beynəlxalq Hava Limanı karbon akkreditasiyası proqramı üzrə sertifikata layiq görülüb
Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal Hava Limanı Karbon Akkreditasiyası (Airport Carbon Accreditation – ACA) proqramı çərçivəsində 3-cü səviyyə üzrə akkreditasiya əldə edib. Bu barədə SİA aeroportun mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata əsasən, bu nailiyyət hava limanının karbon emissiyalarının idarə edilməsi, azaldılması və tərəfdaşlarla birgə fəaliyyət çərçivəsində davamlı nəticələr əldə etməsi baxımından beynəlxalq səviyyədə tanınmasını ifadə edir.
ACA proqramı, Beynəlxalq Hava Limanları Şurası (Airports Council International – ACI) tərəfindən təsis edilmiş və hava limanlarının karbon emissiyalarının idarə olunması üzrə fəaliyyətini qiymətləndirən yeganə beynəlxalq akkreditasiya sistemidir. Proqram müstəqil auditlər əsasında həyata keçirilir və hava limanlarının enerji səmərəliliyi, əməliyyat məsuliyyəti və emissiya azaldılması üzrə nəticələrini təsdiqləyir.
Heydər Əliyev Beynəlxalq Aeroportu bu uğuru "Yaşıl Hava Limanı" təşəbbüsləri və beynəlxalq standartlara əsaslanan Ətraf Mühit və Enerji İdarəetmə sistemlərinin tətbiqi ilə möhkəmləndirib. Hava limanı artıq "ISO 14001:2015" (Ətraf Mühitin İdarəolunması Sistemi) və "ISO 50001: 2018" (Enerji İdarəetmə Sistemi) üzrə beynəlxalq sertifikatlara sahibdir. Bu, ekoloji məsuliyyətin institusional səviyyədə təmin edildiyini göstərir.
"Bu uğur təkcə texniki mərhələ deyil, daha məsuliyyətli və dayanıqlı hava limanı modeli yaratmaq yolunda strateji addımdır. Biz dayanıqlığı artıq hesabat göstəricisi kimi deyil, fəaliyyət fəlsəfəsi kimi qəbul edirik. Hər bir əməliyyat qərarımızın mərkəzində enerji səmərəliliyi və ekoloji məsuliyyət prinsipləri dayanır", – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.
"ACI EUROPE"un baş direktoru Olivye Yankovets isə qeyd edib: "Heydər Əliyev Beynəlxalq Aeroportunu hava limanları üçün qlobal karbon idarəçiliyi proqramına qoşulduqdan cəmi bir il sonra 3-cü səviyyəyə yüksəlməsi münasibətilə təbrik edirik. Azərbaycanın ən işlək hava limanı kimi, o öz subregionunda karbon idarəçiliyi sahəsində lider mövqedədir və aviaşirkətləri, yerüstü xidmətləri və digər tərəfdaş qurumları emissiyaların azaldılması istiqamətində fəal şəkildə cəlb edir. Bu uğura görə bütün komandanı təbrik edirəm və onlarla sıfır emissiya məqsədinə doğru daha çox nailiyyətləri birlikdə qeyd etməyi səbirsizliklə gözləyirəm".
3-cü səviyyə hava limanının yalnız öz əməliyyatları çərçivəsində deyil, həm də yerüstü xidmətlər və nəqliyyat kimi əlaqəli tərəfdaşlarla birlikdə karbon emissiyalarının idarə edilməsini əhatə edir. Bu uğurla Heydər Əliyev Beynəlxalq Aeroportu Xəzəryanı region və Mərkəzi Asiyada bu səviyyəyə yüksələn ilk hava limanı olub.
Hazırda 91 ölkədə 614 hava limanı ACA proqramı çərçivəsində akkreditasiyadan keçib. Bu hava limanları qlobal sərnişin axınının yarıdan çoxuna xidmət göstərir. Heydər Əliyev Beynəlxalq Aeroportunun bu nüfuzlu siyahıya qoşulması onun beynəlxalq ekoloji öhdəliklərə sadiqliyini və dayanıqlı inkişafda dünya standartlarına uyğun fəaliyyətini bir daha təsdiqləyir.
Hava limanı bu uğuru "Daha Yaşıl Gələcək üçün Birlikdə" (Together for a Greener Future) sloqanı altında birgə məsuliyyət və əməkdaşlıq mədəniyyətinin nəticəsi kimi təqdim edir. Gələcək mərhələlərdə də "Yaşıl Hava Limanı" təşəbbüsləri və ESG strategiyası çərçivəsində fəaliyyətlər davam etdiriləcək.
Xatırladaq ki, "Airport Carbon Accreditation (ACA)" – "ACI" tərəfindən təsis edilmiş yeganə qlobal proqramdır.
O, hava limanlarını karbon emissiyalarının idarə edilməsi üzrə fəaliyyətlərinə əsasən akkreditasiyadan keçirir.
Xəbər lenti
"100 faiz hazırıq" - SEPAH-dan bəyanat
Dünya 23:28Tofiq Bəhramov adına stadion təmir olunacaq?
İdman 23:18Anar Ələkbərov Masallıda şəhid anaları görüşüb
Sosial 23:03"Neftçi" 1000-ci matçında qələbə qazandı
İdman 22:30Azərbaycanda tanınmış diktor vəfat edib
Sosial 22:03Ukrayna NATO-ya alternativ təklif etdi...
Dünya 21:28Foreign Policy: Şərqi Almaniyada nə problem var?
Dünya 19:51Bunu Almaniyanın BSW partiyası tələb edib…
Dünya 19:28“Putin özünü kozır kimi istifadə etdi”
Dünya 19:06Bazar nikbinlik üçün səbəb tapdı...
İqtisadiyyat 18:52Qarabağ, Naxçıvan və Xəzərdə təlim keçiriləcək...
Siyasət 18:14Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
Sosial 17:55Rusiya Ermənistana xəbərdarlıq edib
Dünya 17:43YAP Astara rayon təşkilatının XII konfransı keçirilib
Siyasət 17:36Qalib Azərbaycan regionda yeni reallıqlar yaradıb
Siyasət 17:30Bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Dünya 17:21Yevlaxda iki yük maşını toqquşub
Hadisə 17:17Şuşada Milli Musiqi Günü münasibətilə tədbir keçirilib
Siyasət 15:30Bahar Muradova Kǝlbəcǝrdə vətəndaşları qəbul edib
Siyasət 15:27Sabitlik artıq dəbdən düşüb - TƏHLİL
Siyasət 14:27Sabah rayonlarda arabir yağış yağacaq
Sosial 13:52Yaxın Şərq: Daşlar necə düzüləcək? - TƏHLİL
Siyasət 13:41Şəhərin səhər kabusu avtobus gözləyənlərin bitməyən mübarizəsinə çevrilib -KÖŞƏ
Köşə yazıları 12:48Tramp Putinə razılaşma təklif edəcəkmi?
Dünya 12:14İran neft tankerinə hücum etdi
Dünya 12:04İran ABŞ ilə birbaşa əlaqə qurdu - Tramp
Dünya 12:01Rusiya seçkilər necə başlayıb?
Dünya 11:58Terrorçuluğa qarşı mübarizə tədbirləri davam etdirilir
Siyasət 11:33Payızda dəriyə qulluq necə edilməlidir?
Səhiyyə 11:20Muxtar respublikanın xarici ticarət dövriyyəsi 28 faiz artıb
İqtisadiyyat 10:49Azərbaycan ICPEN-in Məsləhət Qrupuna üzv seçilib
Siyasət 10:33Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



