“Güclü ailələr, güclü toplumlar" mövzusunda tədbir keçirilib - YENİLƏNİR/FOTOLAR

Bu gün Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbir ailə haqqında videoçarxın nümayiş olunması ilə başlayıb.

Tədbirdə Türkiyədən bir ziyalı və tanınmış şəxslər iştirak edib. İlk çıxış nitqini səsləndirən Türkiyənin Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş qeyd edib ki, 2025-ci il Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə "A ilə ili" qeyd edilib: "Müasir dövrdə ailə institutunun zəifləməsi təkcə maddi səbəblərlə deyil, eyni zamanda qlobal dəyərlər sistemində baş verən eroziya ilə də əlaqələndirilir. Həddindən artıq fərdiyyətçiliyin təşviq edilməsi, istehlak mədəniyyətinin yayılması və cəmiyyət yönümlü həyat tərzinin arxa plana keçməsi, evlilik və valideynlik kimi uzunmüddətli sosial öhdəliklərin dəyərini azaldır.

Sosial mediada yayılan müxtəlif ideoloji diskurslar bu prosesi daha da sürətləndirir. Xüsusilə, gənc nəslin və ümumilikdə mədəniyyətin sağlam inkişafını təhlükə altına alan bu tendensiyalar, fərqli media qurumları tərəfindən dəstəklənərək, günümüz dəyərlər sistemində ciddi dəyişikliklərə səbəb olur. Bütün bu amillər isə cəmiyyətin gələcəyini birbaşa şəkildə təsirləndirən və onun sosial strukturunun zəifləməsinə gətirib çıxaran əsas faktorlar sırasındadır".

Tədbir digər türk ziyalılarının çıxışları ilə davam edib.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə