Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri peşə bayramını qeyd ediblər - FOTOLAR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi peşə bayramını silsilə tədbirlərlə qeyd edib. Bu barədə SİA-ya ETSN-dən məlumat verilib.
Bildirib ki, Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub və Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Tədbirlər daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında davam edib.
Ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə fərqlənən əməkdaşlar fəxri fərmanlarla təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə