Pərdələriniz qar kimi ağ olacaq! Saralmış və çirklənmiş pərdələri təmizləməyin sirləri
Evlərimizin həm görünüşünə estetik qatqı verən, həm də məxfiliyi təmin edən pərdələr zamanla həm iç, həm də çöl tərəfdən toz və kir yığır. SİA xəbər verir ki, xüsusilə ağ rəngli pərdələr daha tez çirklənir və saralır. Onları yenidən ilk günkü təmizliyinə qaytarmaq üçün bəzi təbii üsullardan istifadə etmək mümkündür.
Mütəxəssislər tərəfindən tövsiyə edilən bu təbii təmizlik metodları pərdələrin dərinliyinə hopmuş çirkləri təmizləyərək onları yenidən ağardır. Budur pərdələri ağartmağın təbii və effektiv yolları:
1. Limon və karbonat: Limonun turşusu və karbonatın təmizləyici xüsusiyyəti birlikdə pərdələrdəki ləkə və sarılığı aradan qaldırır. Bunun üçün 1 vedrə ilıq suya 3 yemək qaşığı karbonat və yarım limonun suyunu əlavə edin. Pərdələri bu qarışıqda təxminən 2 saat saxlayın və daha sonra paltaryuyan maşında yuyun.
2. Ağ sirkə: Ağ sirkə saralmış sahələri təmizləyir və pərdələrin yumşaqlığını qoruyur. 1 stəkan ağ sirkəni 5 litr ilıq suya əlavə edin, pərdələri bu məhlulda 2 saat saxlayın. Daha sonra durulayıb qurudun.
3. Duzlu su: Duzun aşındırıcı təsiri sayəsində pərdələrdəki ləkələr asanlıqla təmizlənir. 5 litr suya 5 yemək qaşığı duz əlavə edib qarışdırın. Pərdələri bu qarışıqda bir gecə saxlayın. Səhər durulayıb adi rejimdə maşında yuyun.
4. Qənd (küp şəkər): Qeyri-adi görünsə də, küp şəkər də pərdələrin ağlığını bərpa etməyə kömək edir. Pərdələri paltaryuyan maşına yerləşdirdikdən sonra barabana 2 ədəd küp şəkər atmaq kifayət edir.
Bu sadə və təbii üsullarla siz də pərdələrinizi tərtəmiz və parlaq vəziyyətə gətirə bilərsiniz.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə