Bu ilin 4 ayında DSMF-nin xərcləri 10 % artıb

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri 2 milyard 501 milyon manat təşkil edib. SİA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 231 milyon manat və ya 10 % çoxdur.

DSMF-nin gəlirləri 2024-cü ilin 4 ayında proqnozla müqayisədə 13 % (305 milyonmanat) çox olmaqla 2 milyard 715 milyonmanat təşkil edib.

Məlumata əsasən, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 9 % (168 milyon manat) artaraq 2 milyard 39 milyonmanat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə