“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Lerik rayonunda vətəndaşları qəbul edəcək. SİA səhmdar cəmiyyətə istinadən xəbər verir ki, mayın 16-da saat 10:00-da İ. Mirzəliyev Lerik, Lənkəran və Astara sakinləri üçün vətəndaş qəbulu keçirəcək.
Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.
Qəbul Lerik Dövlət Aqrar İnkişaf Mərkəzində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə