Azərbaycan süni intellekt sahəsində regionda liderlərdən biri olacaq - Sahib Məmmədov

"Azərbaycan süni intellekt sahəsində regionda liderlərdən biri olacaq". SİA xəbər verir ki, bunu “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfransda Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda 2025–2028-ci illər üçün süni intellekt Strategiyası təsdiq edilib: "Əminik ki, bu strategiyanın həyata keçirilməsi ölkəmizi süni intellekt texnologiyalarının inkişafı sahəsində regionda liderlərdən birinə çevirəcək”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə