Şəhid ailələri və müharibə əlillərinin sosial müadifəsi ilə bağlı tədbirlər gücləndirilib - Nazir
"Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, əmək münasibətlərinin inkişafı, sosial sahədə xidmətlərin elektronlaşması, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir". SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial müdafiə naziri Anar Əliyev "Rəqəmsallaşma və Süni İntellektin iş yerlərinə təsiri" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sosial sahədə apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2018-2025-ci illər ərzində ölkəmizdə 5 böyük sosial islahat paketi həyata keçirilmişdir: "Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə etmişdir. Nəticədə, bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artmışdır. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatmışdır.
Əlavə olaraq, əmək bazarı ilə bağlı görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 556 min və ya 42,4% artmış və bu artımın 90%-i özəl sektorun payına düşmüşdür. Qeyd olunan müddət ərzində əməkhaqqı fondu 2,9 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,2 dəfəyədək artmışdır".
Nazir bildirir ki, əlavə olaraq, əmək bazarı ilə bağlı görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 556 min və ya 42,4% artmış və bu artımın 90%-i özəl sektorun payına düşmüşdür: "Qeyd olunan müddət ərzində əməkhaqqı fondu 2,9 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,2 dəfəyədək artmışdır.
Şəhid ailələri və müharibə əlillərinin sosial müadifəsi və məşğulluğu ilə bağlı tədbirlər gücləndirilmiş, Vətən müharibəsindən sonrakı dördə bu kateqoriyadan olan 131 min unikal şəxsə ümumilikdə 380 minə yaxın sosial xidmət göstərilmiş, Şəhid ailələrinin və müharibə əlillərinin müavinət və təqaüdləri orta hesabla 2 dəfəyədək artırılmışdır. Son beş ildə onlara 6 800 mənzil və müharibə əlillərinə isə 567 avtomobil verilmişdir.
26,2 min nəfərin məşğulluğu təmin olunmuş, o cümlədən, 12,4 min nəfər özünüməşğulluq proqramına, 1 070 nəfər isə peşə hazırlığına cəlb edilmişdir. 11 min nəfərə 77 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilmiş, o cümlədən, 492 hərbçiyə 609 yüksək texnologiyalı protez, 2 300 müharibə əlilinə 70 min reabilitasiya vasitəsi təqdim olunmuşdur".
Bütün xəbərlər Facebook səhifəmizdə