EMTA-da Energetika Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüş olub - FOTO

Aprelin 22-də Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) Energetika Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib. SİA xəbər verir ki, EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov şura üzvlərini salamlayaraq, fəaliyyətlərində uğurlar arzulayıb. Agentliyin yaranma tarixi və fəaliyyət istiqamətləri üzrə həyata keçirilən işlərdən söz açan İdarə Heyətinin sədri bildirib ki, tənzimləyici qurum olaraq Agentlik tərəfindən bu sahədə qanunvericilik, eləcə də normativ-hüquqi aktların layihələrinin təkmilləşdirilməsi həyata keçirilir. Sənədlərin hazırlanmasında İctimai şura üzvlərinin rəy və təkliflərinin də nəzərə alındığını bildirən Samir Axundov bu istiqamətdə qarşılıqlı əməkdaşlığın davam edəcəyinə inamını ifadə edib. O, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Enerji Effektivliyi Fondunun (EEF) fəaliyyətinə də toxunub.

Görüşdə hazırda 11 filial daxil olmaqla, EMTA-da vətəndaş müraciətlərinə baxılma, istehlakçı hüquqlarının qorunması, həmçinin istehlakçı məmnuniyyətinin həyata keçirilməsində şəffaflığın təmin edilməsinin əsas faktor olduğu vurğulanıb.

Sonda EMTA ilə İctimai şura arasında qarşılıqlı əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb, şura üzvlərinin rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə