“YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi iştirakçısı Ceyhun Mehtiyevin üzərində növbəti uğurlu əməliyyat həyata keçirilib. Bu barədə SİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, Ceyhun Mehtiyev 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, Şuşa döyüşləri zamanı yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə