Diplom tanınır, ixtisas tanınmır? - ŞİKAYƏT

Nərmin Adıgözəlzadənin 28 yaşı var. İki ildir ki, Azərbaycana köçüb. Sanki-Peterburqda SZGMU Mecnikova Universitetində Oftalmologiya ixtisası üzrə təhsil alıb. Azərbaycanda öz ixtisası üzrə işləmək istəsə də, iş tapa bilmir. Diplomunu təsdiq edən sənədi alsa da, ixtisasının tanınmadığını deyib, işə qəbul etmirlər. Nərmin Adıgözəlzadə ixtisası üzrə işləmək istəyir. Qeyd edək ki, Nərmin Adıgözəlzadə birinci Qarabağ qazisinin qızıdır. SİA şikayətlə bağlı Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinə və təhsil eksperti Elşən Qafarova mövzu ilə bağlı sorğu ünvanlayıb.

Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi: "Xaricdə təhsil alan Nərmin Adıgözəlovzadənin baza təhsili ölkəmizdə tanınıb. 2011-ci ildən sonra xarici ölkədə aldıqları ali ixtisas tibb təhsili əsasında Azərbaycan Respublikasında praktik tibb fəaliyyətinə buraxılmaq üçün müraciət edən şəxslərin aldıqları ali ixtisas tibb təhsili ilə uyğun ixtisas üzrə Azərbaycan Respublikasındakı rezidentura təhsilinin müddəti və proqramları arasında uyğunsuzluq olduğu halda həmin şəxslər rezidenturaya qəbul olmalıdırlar.

Bununla yanaşı, əsas (baza ali) tibb təhsilini müalicə işi (tibb) ixtisası üzrə bitirən şəxslər həkim-metodist, həkim-statistik, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrində fəaliyyət göstərə bilərlər".

Təhsil eksperti Elşən Qafarov: "Əvvəl xaricdə verilmiş kvalifikasiyaların tanınması qaydaları var ki, cənab Prezident tərəfindən 2023-cü ildə təsdiq olunub. Xaricdə verilmiş ali təhsil kvalifikasiyalarından söhbət gedir. İstər bakalavr, istər magistratura, istər doktorantura, yaxud tibb sahəsilə bağlı xaricdə təhsil alanların kvalifikasiyaları, dərəcələri, ixtisasları tanınmalıdır. Diplom həmin ixtisas üzrə bunu təsdiq edən sənəddir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə