DMX rəisi IV “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov IV “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla görüşüb. Bu barədə SİA-ya DMX-dən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidmətinin rəisi Şahlar Məmmədovu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, xüsusi hazırlanmış Mentorluq proqramı çərçivəsində qalibin gözləntiləri də nəzərə alınmaqla ona maraq kəsb edən sahələrdə müzakirələr və gələcək idarəçi rəhbər kimi potensialının daha da inkişaf etdirilməsi üçün şərait yaradılacaq.

IV “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədov isə öz növbəsində Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi qəbula görə Dövlət Xidmətinin rəisinə təşəkkür edərək proqram çərçivəsində gözləntilərini bölüşüb, mentorunun şəxsi təcrübəsindən faydalanmaq istədiyini bildirib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə