Dövlət Komitəsinin kollektivi və bir qrup ictimai fəal qadın Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
Ulu Öndər Heydər Əliyev tərəfindən 2000-ci il martın 6-da “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalanmasının 25-ci ildönümü və 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi və bir qrup ictimai fəal qadın Fəxri xiyabanı ziyarət edib. SİA xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə dərin ehtiram ifadə olunub, məzarları önünə gül dəstələri düzülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə