“Overthinking sindromu” haqqında nə bilirik

“Overthinking sindromu insanlarda davamlı olaraq keçmişdə yaşadıqları natahatlıqları və gələcəklə bağlı çox düşünmə, qorxu, stres və təşviş əlamətlərinin yaranmasına səbəb olur”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Gülşən Mahmudzadə bildirib. Psixoloqun sözlərinə görə, düşüncə davamlı olaraq təkrar oldugu üçün insanın gündəlik həyat tərzinə və işlərinə mənfi təsir edir. Bu düşüncələr uzun müddət davam etsə, insan psixologiyasında da müəyyən narahatlıqlar yaranır.

Belə insanlar:
1. Davamlı olaraq keçmişdə yaşadıqlarının peşmançılığını düşünür.
2.Gələcəklə bağlı bir fikir olduqda hər xırda detala fikir verir.
3.Yuxunun pozulması.
4.İştahsızlıq.
5.Vacib qərarlar verməkdə çətinlik.
6.Qarşılaşdığı insanın xoşuna gəlməyən hərəkəti olduqda bütün günü bu haqda düşünmək.
7.Öz-özünə danışmaq və.s
Bəs bu sindromu aradan qaldırmaq üçün nə edə bilərik?
“İlk növbədə qüsurlarımızı qəbul etməliyik. Mükəmməl olmaq məcburiyyətində deyilik. Həyat tərzində dəyişikliklər etmək: İdmanla məşgul olmaq, sevdimiz məşguliyyətlərə zaman ayırmaq və sosial çevrəmizi genişləndirmək lazımdır. Hər bir insan həyatda nə istədiyini bilmək və özünü tanımağı bacarsa, yaranan bütün narahatlıqların öhdəsindən gələ bilər”, - deyə psixoloq Gülşən Mahmudzadə fikrini tamamlayıb.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə