Sikorski Britaniya-Polşa müqaviləsini elan etdi...

Rusiyanı çəkindirmək üçün..?

...SİA-nın məlumatına görə, “The Times” Polşanın xarici işlər naziri Radoslav Sikorskinin bəyanatına istinadən yazır ki, Varşava və London ikitərəfli təhlükəsizlik sazişi üzrə danışıqların son mərhələsindədirlər.

Sənəd “Rusiyaya qarşı çəkindirmə tədbirləri”ni gücləndirmək məqsədi daşıyır.

Nəşr vurğulayır ki, gələcək saziş “Rusiya təcavüzü”nə qarşı mübarizəyə yönəlmiş əlavə addımları, habelə insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizədə birgə səyləri əhatə edir.

Son illərdə Rusiya Şimali Atlantika Alyansının qərb sərhədləri yaxınlığında fəallığının artdığını dəfələrlə qeyd edib.

NATO iştirakını genişləndirir və bunu “Rusiyanın təcavüzkar hərəkətlərinin qarşısını almaq” zərurəti ilə izah edir.

Rusiya liderləri dəfələrlə blokun Avropa regionunda artan hərbi qüdrətindən narahat olduqlarını bildiriblər.

...Kreml vurğulayır ki, Rusiya digər ölkələr üçün təhlükə yaratmır, lakin onun maraqlarına potensial təhlükə yaradan istənilən hərəkəti diqqətlə izləyəcək və cavab verəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə