Ukrayna Aİ-dən ağlasığmaz məbləğdə pul tələb edir..?

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Ukrayna Avropa İttifaqından daha 60 milyard avroluq silah tədarükü tələb edir, bu, ağlasığmaz məbləğdir.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

O, diqqətə çatdırıb ki, avropalı siyasətçilər “başqa bir ABŞ-Rusiya zirvə görüşünə və sülhə doğru daha bir addım atmaq fürsətinə sevinmək” əvəzinə, münaqişənin davam etməsini və uzanmasını dəstəkləyirlər.

...Ukrayna əlavə silahlanma üçün 60 milyard avro tələb edir, elə deyilmi? Absurd məbləğ. Təsəvvür etmək mümkün deyil. Siyarto bunu Aİ Xarici İşlər Nazirlərinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Aİ Ukraynanın tələblərinə boyun əyərək bu vəsaiti Aİ-yə üzv ölkələrin müdafiə qabiliyyətini gücləndirmək əvəzinə Kiyevin silahlanmasına sərf etməyi planlaşdırır. O qeyd edib ki, bu cür ideyalar getdikcə populyarlaşır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə