“Solovyovu ekrandan götürün - qu quşları rəqs etsin”...

Putinin məmləkətində baş verən mühüm hadisə haqqında...

...Putinin doğulduğu Sankt-Peterburqda yüzlərlə insan nadir və riskli itaətsizlik aksiyası keçirib: onlar mərkəzi meydanda musiqiçi Noize MC-nin qadağan olunmuş müharibə əleyhinə mahnısı olan “Qu gölü kooperativi”ni ictimaiyyət qarşısında ifa ediblər. Video dərhal sosial şəbəkələrdə yayılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə National Security Journal yazır.

Qeyd edək ki, mahnı sovet ənənəsinə istinad edir: Sovet dövründə ölkə rəhbərlərinin vəfatı zamanı televiziyada “Qu gölü” baleti nümayiş etdirilirdi.

Beləliklə, kompozisiya simvolik olaraq Putin rejiminə tezliklə son qoyulması ümidini ifadə edir.

Rusiya mətbuatının məlumatına görə, ekspromt xorun təşkilatçısı saxlanılıb və kremlpərəstlər bu videoya görə qəzəbləniblər.

Mühacirətdə yaşayan müxalif siyasətçi “İnsanların Sankt-Peterburqun tam ürəyində belə bir aksiya keçirmək qərarına gəlməsi faktı Rusiya daxilində narazılığın və qəzəbin nə qədər artdığını göstərir”.

Ukraynanın işğalından sonra Rusiya hakimiyyəti müxalifətin istənilən təzahürünə qarşı repressiyaları kəskin şəkildə gücləndirdi, lakin daxili böhranlar, xüsusən də neft infrastrukturuna hücumlardan sonra yaranan yanacaq qıtlığı hətta loyalçılar arasında da narazılığı artırır.

...Mahnının müəllifi İvan Alekseyev (Noize MC) uzun müddətdir ki, Rusiyada korrupsiya və polis zorakılığını tənqid etməsi ilə tanınır.

Müharibə başlayandan sonra o, “xarici agent” edilib və Litvaya qaçmağa məcbur olub, amma burada müharibəyə qarşı çıxışını davam etdirir.

Mahnıda “Baletə baxmaq istəyirəm, qoy qu quşları rəqs etsin” və “Solovyovu ekrandan götürün – qu quşları rəqs etsin” sətirləri hazırkı dövrün sonuna aydın eyhamlar ehtiva edir. ...Putin rejimi – qocalmış avtokratın idarə etdiyi şəxsi sistem – göründüyündən daha kövrəkdir.

Bunu tarixçi Stiven Kotkin əvvəllər yazıb.

Ekspertlər hesab edirlər ki, Sankt-Peterburq hadisələri bu “kövrək rejimdə” ilk çatlar ola bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə