Müasir dövrdə informasiya axını saniyələrlə ölçülür. Sosial şəbəkələr, süni intellekt və rəqəmsal alətlər həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin bu inkişafın fonunda sual yaranır: insan öz mahiyyətini, dəyərlərini və mənəvi dayaqlarını qoruyub saxlaya bilir, ya yox?
“Milli Mənəvi Dəyərlər” İctimai Birliyinin mövqeyinə görə, rəqəmsal transformasiya sadəcə texnoloji proses deyil — bu, həm də mənəvi sınaq mərhələsidir. İnformasiya bolluğunda insanın iç səsi, düşüncə mədəniyyəti və ailə dəyərləri sükuta qərq olur. Artıq çox zaman münasibətləri ekran idarə edir, empatiya isə “emoji”yə çevrilir. SİA xəbər verir ki, bu reallıqda əsas məqsəd texnologiyanı rədd etmək deyil, onu mənəvi mədəniyyətlə harmoniyaya gətirməkdir. Süni intellektin və sosial medianın təhsildə, ailə münasibətlərində və ictimai kommunikasiyada düzgün istifadəsi üçün mənəvi çərçivələr müəyyən edilməlidir. Çünki rəqəmsal dövrün etikası formalaşmadan texnoloji inkişaf insani dəyərləri arxa plana keçirəcək.
Mənəviyyat — bu gün ən vacib “proqram yeniləməsi”dir. Biz texnologiyaya nəzarət etməliyik, texnologiya bizə yox.
Bütün xəbərlər Facebook səhifəmizdə