Cəmiyyətdə qadınların rolunun artırılması istiqamətində təlim keçirilib - FOTOLAR
Oktyabrın 20-də Bakıda “Cəmiyyətdə qadınların rolunun artırılmasında bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda təlim təşkil olunub. SİA xəbər verir ki, tədbir “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” çərçivəsində keçirilib.
Təlimdə ölkənin 50 regionunu təmsil edən bələdiyyə sədrləri iştirak ediblər. Türkiyədən dəvət olunmuş ailə və sosial xidmətlər üzrə ekspert Akın Yumuş tərəfindən keçirilən təlimdə qadınların səlahiyyətləndirilməsi istiqamətində iki ölkə arasında qabaqcıl təcrübələrin paylaşılması məqsəd qoyulub.
Qeyd edilib ki, Fəaliyyət Planı bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında Azərbaycan və Türkiyə arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində əməkdaşlığın davamlı inkişafını təmin etməyə yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə