AQTA 2-5 yaş arasında uşaqların qidalanması ilə bağlı məlumat yayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2-5 yaş arası uşaqların qidalanması ilə bağlı məlumat yayıb. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, bu yaş dövrü uşağın qidalanma vərdişlərinin formalaşması üçün çox önəmlidir.

“Uşaqlar yeni dadları kəşf edir, müxtəlif qidaları sınayır və müstəqil seçim etməyi öyrənirlər.Düzgün qidalanma anemiya, artıq çəki, 2-ci tip şəkərli diabet, hipertoniya və ürək-damar xəstəlikləri kimi qeyri-infeksion xroniki xəstəliklərin də riskini azaldır. Unutmayaq ki, sağlam gələcək, sağlam vərdişlərlə başlayır”,- deyə məlumatda qeyd olunub.

Bu barədə daha ərtaflı link vasitəsilə tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə