Epizootik vəziyyət nəzarətdə saxlanılır - AQTA

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Timiș, Macarıstanın Vaş və Xorvatiyanın Sisaçko-Moslavinska kantonlarında, Mərakeşin Şərq regionunda blutanq, Fransanın Burqundiya–Franş-Konte regionunda nodulyar dermatit, həmçinin bu ölkənin O-de-Frans, Pei de la Luar regionlarında, İraqın Neynəvə əyalətində, Litvanın Klayped bölgəsində, Almaniyanın Brandenburq vilayətində isə yüksək patogen quş qripi xəstəlikləri qeydə alınıb. Bu barədə SİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovative həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq agentlik tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə